Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın nəticəsində 80 kvadratmetr sahədə obyektin mansard hissəsinin yanar konstruksiyaları, həmçinin rəflərdə yerləşdirilən santexnika məhsulları yanıb.
Əməliyyat sayəsində obyektin böyük hissəsi və ətrafdakı binalar alovdan mühafizə edilib. Xəsarət alan yoxdur.

