23 
okt
2023
08:40
224
Yuxarı
Bakıda restoran yandı
23 okt, 2023
08:40
224
Bakıda restoran yandı
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları 120 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Den.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yüksək temperaturdan köməkçi otağın lambirdən ibarət tavanı 7 m² sahədə əriyib.
"Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.
Bizimlə əlaqə saxlayın
Çox oxunanlar