Göyçayda avtomobil işıq dirəklərini aşırdı,3 kənd işıqsız qaldı.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki,Hyundai markalı avtomobilin sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən qəfildən idarə etməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı yüksək gərginlikli işıq dirəyinə çırpılıb.
Qəza zamanı Hacalıkənd,Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb və 10 kv-luq 3 ədəd yüksək gərginlikli işıq dirəyi sıradan çıxıb.Əraziyə aidiyyatı qurumun əməkdaşları cəlb olunub.Aşmış dirəkələrin yenisi ilə əvəz olunması istiqamətində zəruri işləri həyata keçrirlər.Eyni zamanda hadisə yerinə Göyçay rayon polis şöbəsinin dövlət yol polisi əməkdaşları cəlb olunub.Hadisənin baş vermə səbəbləri araşdırlır.
Aqil Əsədov




