İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.
Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri; Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarətlər alıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.
Yaralılar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rafiq Həsənov
Denmedia.az