Bakının Nizami rayonunda, İsmayıl Məmmədov küçəsində yeniyetmə qız anasının döyülməsinə görə atasını bıçaqlayıb.
1977-ci il təvəllüdlü Rüfət Arif oğlu Həşimov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı atasına bıçaqla xəsarət yetirib, yerli KİV-lər yazır.
Kəsilmiş-deşilmiş döş qəfəsi xəsarəti alan şəxs Sabunçu Tibb Mərkəzinə çatdırılıb və ona cərrahi əməliyyat olunub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

