Ermənistanın İstintaq Komitəsi 23 yaşlı çeçenistanlı Ayşət Baymuradovanın qətli ilə ehtimal olunan əlaqəsi olan şəxslərin adlarını açıqlayıb.
Bu barədə Kommersant xarici KİV-lərə istinadən yazır.
Şübhələr Rusiya vətəndaşları Karina İminova və Said-Hamzat Baysarovaya yönəlib.
İstintaqın versiyasına görə, onlar naməlum bir şəxsin göstərişi ilə cinayəti törədiblər.
20 oktyabr tarixində Ermənistanda 15 oktyabrdan itkin düşmüş Ayşət Baymuradovanın meyiti aşkarlanıb. Qızın dostlarının bildirdiyinə görə, o, itkin düşdüyü gün Instagram vasitəsilə tanış olduğu rəfiqəsi ilə görüşə gedib, lakin evə qayıtmayıb və zənglərə cavab verməyib.
Hüquq-müdafiə təşkilatları Baymuradovanın məcburi şəkildə Çeçenistana qaytarıla biləcəyi ehtimalını irəli sürüb. Onlar bunu respublikanı tərk etmiş digər qızlarla bağlı oxşar hallara istinad edərək bildiriblər.

