Bakıda güclü küləklə müşayiət olunan əlverişsiz hava şəraiti nəticəsində bir nəfər ölüb. Bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, kişinin ölümü tibb işçiləri hadisə yerinə çatmamışdan əvvəl qeydə alınıb.
Qeyd olunur ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə güclü külək səbəbindən yıxılma halları ilə bağlı beş müraciət daxil olub. Xəsarət alan şəxslər şəhərin tibb müəssisələrinə çatdırılıb.

