Polşa prokurorluğu Macarıstanda siyasi sığınacaq almış sabiq ədliyyə naziri Zbiqnev Zebronun axtarışa verildiyini elan edib.
“Bu gün (6 fevral) prokuror şübhəli Zbiqnev Zebronun axtarışı barədə qərar çıxarıb”, — deyə Polşa Milli Prokurorluğu X sosial şəbəkəsində bildirib.
Varşavanın Mokotuv rayon məhkəməsi sabiq ədliyyə nazirinin 90 gün müddətinə həbsinə qərar verib. Daha əvvəl Polşa prokurorluğu müxalif “Hüquq və Ədalət” Partiyasının üzvü olan siyasətçi barəsində 26 maddə üzrə ittiham irəli sürmüşdü. İttihamlar arasında “cinayətkar qruplaşmaya rəhbərlik” də var.
Bundan başqa, Zbiqnev Zebro İsrail istehsalı olan Pegasus casus proqramının alınmasında ittiham olunur. Həmin proqram vasitəsilə təxminən 500 polşalı siyasətçi və onların ailə üzvlərinin dinlənildiyi iddia edilir.
Qeyd olunur ki, 2025-ci ilin dekabrında Macarıstan hakimiyyəti Zebroya və onun həyat yoldaşına siyasi sığınacaq verib.

