Los-Anceles dairəsinin prokurorluğu məşhur Hollivud rejissoru Rob Raynerin 32 yaşlı oğlu Nik Raynerə qarşı qətl ittihamını rəsmi olaraq irəli sürüb. Bu barədə Reuters məlumat yayıb.
İstintaqın versiyasına görə, o, valideynlərini onların evində öldürüb.
Dairə prokuroru Natan Hoxman təsdiqləyib ki, təqsirləndirilən şəxsə birinci dərəcəli qətl maddəsi üzrə ittiham irəli sürülüb. Cinayətin bıçaqdan istifadə olunmaqla törədildiyi bildirilir.
78 yaşlı Rob Raynerin və onun 70 yaşlı fotoqraf həyat yoldaşı Mişel Raynerin cəsədləri ötən bazar günü aşkarlanıb.

