Cənubi Koreyada hərbi helikopter qəzası baş verib. Yonhap agentliyinin məlumatına görə, insident nəticəsində iki nəfər ürək dayanması vəziyyətində tibb müəssisəsinə çatdırılıb.
Agentliyin bildirdiyinə görə, AH-1S tipli helikopter bazar ertəsi yerli vaxtla saat 11:00 radələrində Kyonqido əyalətinin Kapxönq rayonu ərazisində qəzaya uğrayıb.
Rəsmilər insident zamanı yanğın və ya partlayışın baş vermədiyini açıqlayıblar.

