Xəbər verdiyimiz kimi, Salyan rayonunda baş verən faciə bütün ölkəni dərindən sarsıdıb.
Denmedia.az xəbər verir ki, qida zəhərlənmə nəticəsində həyatını itirən 11 yaşlı məktəbli Hüseyn Cəfərov doğmalarını, müəllimlərini və onu tanıyan hər kəsi göz yaşına boğub.
Məlumata görə, Hüseyn Çadırlı kəndi ümumi orta məktəbinin 5-ci sinif şagirdi olub. Məktəb rəhbərliyi və müəllimlər onun haqqında yalnız xoş xatirələr danışır. Bildirilir ki, Hüseyn son dərəcə tərbiyəli, savadlı və məsuliyyətli uşaq idi. Dərslərə xüsusi həvəs göstərir, tapşırıqlarını vaxtında yerinə yetirir, müəllim və sinif yoldaşları arasında seçilən şagirdlərdən biri olub.
Məktəb kollektivi bu acı itkidən sonra dərin yasa qərq edilib. Sinif otağında onun boş qalan partası, dəftərləri və yarımçıq qalan arzuları hamının qəlbini sızladır.
Müəllimlər deyir ki, Hüseynin gülüşü, saf baxışları və uşaqlara xas səmimiyyəti artıq məktəb dəhlizlərində hiss olunmur.

Ellada Rəsul
Denmedia.az

