Bakıda gömrük terminalinin dayanacağında bir kişinin meyiti aşkar edilib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə fevralın 19-da paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən gömrük terminalının dayanacağında qeydə alınıb. Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti avtomobillərdən birinin altında tapılıb.
Meyitə baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.

