Goranboy rayonunda bir yaşlı körpənin ölümü ilə nəticələnən hadisə baş verib.
Denmedia.az report-a istinadla xəbər verir ki, yuxarı Ballıqaya kənd sakini olan bir yaşlı uşağa yerli tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. İnyeksiyadan sonra körpənin vəziyyəti kəskin pisləşib, o, şok vəziyyətinə düşərək vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır.

