Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib.
Denmedia.az-nın məlumata görə, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 32 yaşlı Elməddin İsmayılov, 37 yaşlı Ceyhun Davidov və 29 yaşlı Coşqun Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Hadisədən dərhal sonra yaralılar tibb müəssisəsinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan iki nəfər gecə saat 22:00–23:00 radələrində Baku Medical Plaza - Babək filialı-ya hospitalizasiya olunub. Hazırda pasiyentlərin vəziyyəti ağır qiymətləndirilir, onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətlə bağlı daha ətraflı məlumatın təxminən bir həftə sonra ictimaiyyətə açıqlanacağı qeyd olunub.
Adı çəkilən müəssisənin rəhbəri Fərid Həsənov bildirib ki, hadisə zamanı sıçrayış olub və fəhlələr xəsarət alıblar. Baş vermiş hadisə hazırda araşdırma mərhələsindədir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.

