Abşeron rayonunun Xırdalan şəhərində faciəvi hadisə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin 19 saylı binasında qeydə alınıb.
Belə ki, 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Bir nəfərin şübhəli şəxs qismində saxlanıldığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

