Gəncədə “Xəmsə Park” ticarət mərkəzində yanğın baş verib.
Denmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın ticarət mərkəzinin köməkçi sahəsində baş verib. Ümumi sahəsi 250 kvadratmetr olan otaqda yanğın 10 kvadratmetr ərazini əhatə edib.
Hadisə yerinə dörd yanğınsöndürən avtomobil və yanğınsöndürənlər cəlb olunub. Alov qısa müddətdə söndürülüb.
Hadisənin səbəbləri və digər halları araşdırılır.



