Bakıda minik avtomobili yük maşınına çırpılıb, sürücü həlak olub.
Denmedia.az report-a istinadən xəbər verir ki, Əlibəy Ehtibar Akif oğlu Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında park edilmiş MAN markalı yük avtomobilinə çırpılıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.

