Bakıda ölümlə nəticələnən qəza baş verib.
“Den.az” xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.
2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.