Göyçayda yetkinlik yaşına çatmamış qızın arxasınca düşən kişi həbs olunub.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, bu barədə qızın anası polisə şikayət edib.
Qadın şikayətində, 34 yaşlı rayon sakini Cəfər Behbudovun (ad və soyad şərtidir) onun yetkinlik yaşına çatmayan qızının arxasınca düşdüyünü və onu narahat etdiyini bildirib.
İnzibati xəta haqqında protokola əsasən şikayətlə bağlı şöbəyə çağırılan Cəfər isə polisin qanuni tələbinə məhəl qoymayıb və səs-küy salaraq intizamsızlıq edib.
Cəfər Behbudov isə ifadəsində bildirib ki, şikayətçinin qızı özü nömrəsini ona verib və gələcəkdə həmin qızla evlənmək istəyir.
Törətdiyi əməllərə görə, C. Behbudov barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.
Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə həbs edilib.

