Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Denmedia.az"ın xəbərinə görə, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, "Vaz 21 -06" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Baxşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Nizami Rəsulov
Denmedia.az

