Ağdaşda ağır qəza baş verib. Belə ki, rayonun Yuxarı Nemətabad kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
DenMedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, 37 yaşlı sərnişin Anar Məmmədov isə aldığı xəsarətlərdən vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

