Bakının 7-ci mikrorayon ərazisində piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə paytaxtın 7-ci mikrorayon ərazisində qeydə alınıb.
Məlumata görə, “Hyundai” markalı, 99-FL-268 dövlət nömrə nişanlı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən 3 nəfəri – nənə, qızı və nəvəsini vurub.
Qəza nəticəsində xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nizami Rəsulov
Denmedia.az

