İsmayıllı rayonunun Cülyan kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, 1979-cu il təvəllüdlü Bayramov Vüsal Vəli oğluna məxsus, ümumi sahəsi 200 kvadratmetr olan 1 mərtəbəli, kürsülü, 6 otaqlı yaşayış evinin dam örtüyünün 50 kvadratmetrlik hissəsi yanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov
Denmedia.az

