Fransada 400-dən çox Rusiya vətəndaşı həbsdədir. Bu barədə Parisdəki Rusiya səfirliyinin RIA Novosti-yə açıqlamasında bildirilib.
Məlumata görə, hazırda səfirlik 411 nəfərin saxlanıldığı və istintaq altında olduğu barədə məlumatlara malikdir.
“Hazırda səfirlik həbs edilən və istintaq altında olan 411 Rusiya vətəndaşı barədə məlumatlara malikdir”, — deyə açıqlamada qeyd olunub.
Səfirlik vurğulayıb ki, bir çox saxlanılma halları yalnız yaxın qohumların müraciətindən sonra məlum olur. Hüquqşünaslarla əməkdaşlıq isə saxlanılan şəxslərin statusunun dəqiqləşdirilməsinə və onlara dəstəyin göstərilməsinə imkan verir.

