Gəncədə 64 yaşlı qadın dəm qazından boğularaq ölüb
Denmedia.az xəbər verir ki, hadisə Gəncə şəhər Nəriman Nərimanov prospektində yerləşən mənzillərin birində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü S.Mehdiyeva hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu Gəncə şəhərində bir gündə 3-cü ölüm faktıdır..

