Haitinin şimalında yerləşən məşhur turistik məkanda baş verən izdiham nəticəsində azı 30 nəfər həyatını itirib. Bu barədə Reuters xilasedicilərə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Laferriere qalası ərazisində baş verib. İzdiham hər il keçirilən bayram tədbirləri zamanı, giriş hissəsində yaranıb.
Qeyd olunur ki, bu tarixi məkan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. Hadisənin bütün detalları hazırda araşdırılır.

