İsveçrənin Vale kantonunda yerləşən xizək kurortunun ərazisində Yeni il bayramı zamanı barda baş verən yanğın nəticəsində təxminən 40 nəfər ölüb, 100-ə yaxın insan xəsarət alıb. Bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi İsveçrə polisinə istinadən cümə axşamı məlumat yayıb.
İtaliya XİN-in yaydığı kommunikedə bildirilir ki, kanton polisi tərəfindən təqdim olunan məlumata əsasən, ölənlərin sayı təxminən 40 nəfər, yaralananların sayı isə təxminən 100 nəfərdir.
Qeyd olunur ki, istintaqın ilkin nəticələrinə görə, yanğın bədbəxt hadisə nəticəsində baş verib.

