Xəzər dənizində Neft Daşları yaxınlığında balıqçı batıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata əsasən, hadisə ilə bağlı dərhal müvafiq qurumlar, o cümlədən Xəzərdə olan gəmilər məlumatlandırılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatına FHN-in aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Batdığı ehtimal edilən şəxsin Osmanov Rəhim Ramiz oğlu olduğu bildirilir.
Axtarışlar davam etdirilir, əlavə məlumat veriləcək.

