Goranboyda ata və oğlu rayon sakininə kəsici-deşici alətlə xəsarət yetiriblər.
Denmedia.az xəbər verir ki, Goranboy rayonunda 1980-ci il təvəllüdlü S.Alıyev mübahisə zəminində kəsici-deşici alətlə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinənlər isə Kəlbəcər rayon sakinləri, 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsovdur.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb.
Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

