İspaniyada attraksionda tros qırıldı.
Hadisə Andalusiyada keçirilən məşhur Sevilya yarmarkasında baş verib. Məlumata görə, katapult tipli attraksionda troslardan biri qırılıb.
Nəticədə 4 nəfər xəsarət alıb.
İnsident zamanı attraksionun mexanizmi nasazlıq göstərib və təhlükəsizlik sistemi zərər görüb. Hadisə ilə bağlı araşdırma aparılır.

