Yaponiyada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
US Geological Survey-in məlumatına görə, zəlzələ Hokkaydo prefekturasında baş verib.
Məlumata əsasən, yeraltı təkanların episentri Sarabetsu yaşayış məntəqəsindən 18 km qərbdə yerləşib. Zəlzələnin ocağı təxminən 81 km dərinlikdə qeydə alınıb.
Təkanlar Qrinviç vaxtı ilə saat 20:23-də baş verib.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

