Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Yasamal rayonunda, Şərifzadə küçəsində baş verib.
Məlumata görə, sürücü Murad Abaszadə yolu keçən 2010-cu il təvəllüdlü Emil Əliyevi vurub.
Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.

