Xəbər verdiyimiz kimi, Abşeron rayonunda mebel və avtomobil sexlərində güçlü yanğın baş verib.
Denmedia.az xəbər verir ki, hadisə ötən gecə saatlarında qeydə alınıb.
Belə ki, FHN-nin Yanğınsöndürənlərinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 650 kv.m olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m sahədə və bitişik sahəsi 120 kv.m olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış "İsuzu" markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.
Sahibkarların sözlərinə görə, hadisə gecə saatlarında baş verdiyindən, içəridən olan heç bir əşyanı çıxara bilməyiblər. Bütün bahalı avadanlıqlar yanaraq kül olub.
Ümumilikdə Sahibkarlara 100 min manatdan çox maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

