ABŞ-da termosdakı qüsur üç nəfərin tam görmə qabiliyyətini itirməsinə səbəb olub. Bu barədə Oddity Central istifadəçi şikayətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Çin istehsalı olan bəzi termosların qapaqları təzyiq altında qəfil çıxaraq ciddi xəsarətlər törədir.
Thermos şirkətində aparılan araşdırma nəticəsində qüsurun bir neçə modeldə olduğu üzə çıxıb. Bildirilib ki, bu termoslarda təzyiqi azaltmaq üçün xüsusi klapanlar yoxdur və isti maye uzun müddət saxlanıldıqda qapaq yüksək sürətlə yerindən çıxır.
Ümumilikdə 27 nəfər bu nasazlıq səbəbindən xəsarət aldığını bildirib, onlardan üçünün isə tam görmə itkisi qeydə alınıb.

