ABŞ-nin Suffolk şəhərində xilasedicilər elektrik ötürücü xəttinin dirəyindən yıxılan 15 yaşlı yeniyetməni xilas ediblər.
Bu barədə WAVY məlumat yayıb.
Mayın 1-də şəhərin yanğınsöndürmə xidmətinə quru otların yanması ilə bağlı zəng daxil olub. Quraqlıq səbəbindən bu cür çağırışlar tez-tez daxil olurdu. Yanğınsöndürənlər hadisə yerinə yollanıblar, yanan otları söndürüblər və birdən yaxınlıqda yerdə uzanan yeniyetməni aşkar ediblər.
Məlum olub ki, yeniyetmə elektrik ötürücü xəttin dirəyinə çıxıb, gərginlik altında olan naqilə toxunub və 18 metr hündürlükdən yerə yıxılıb. Elektrik cərəyanının təsirindən altındakı quru ot alışıb və o, alovun içində qalıb.
Bütün bu hadisələrə baxmayaraq, zərərçəkən sağ qalıb.

