Britaniyanın iki yeni F-35 qırıcısı texniki nasazlıq səbəbindən Atlantik okeanındakı Terseyra adasında qalıb.
Bu barədə The Telegraph mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət ilk uçuşunu həyata keçirən yeni hərbi təyyarələrdən gedir.
Kral Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə texniki problemlərdən sonra Atlantikadakı adada iki ay müddətinə saxlanılıb,— deyə məlumatda qeyd olunub.
Bildirilir ki, qırıcılar Lockheed Martin şirkəti tərəfindən istehsal edilib və Texasdan Böyük Britaniyaya uçurdu.
London müqavilə çərçivəsində ümumilikdə 48 ədəd F-35 qırıcısı almalıdır.

