Bərdə rayonunda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.
DenMedia.az “unikal.az”a istinadla xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.
Kənd sakini, 9-cu sinif şagirdi Saleh Məmmədov yaşadığı evin həyətində ölü vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

