ABŞ-ın Florida ştatında baytarlar itin mədəsində bahalı qızıl zinət əşyası aşkarlayıblar. Zinət əşyasını təcili əməliyyat zamanı çıxarmaq lazım gəlib. Bu barədə Newsweek məlumat yayıb.
Mənbənin məlumatına görə, əvvəlcə beş yaşlı Edvard sığınacaqdan baytarlara zədələnmiş pəncə ilə gətirilib.
Müayinə zamanı həkimlər gözlənilmədən daha bir problem aşkar ediblər: itin mədəsində və yoğun bağırsağında yad cisimlər ilişib qalıb. Edvardın vəziyyəti kritik qiymətləndirilib və ona əməliyyat olunub. Əməliyyat zamanı itin mədəsindən 750 əyarlı qızıldan hazırlanmış boyunbağı çıxarılıb. Edvardın onu harada udduğu isə məlum deyil.
Hazırda it həkimlərin ciddi nəzarəti altında bərpa olunur və vəziyyəti yaxşı qiymətləndirilir. Lakin onu qarşıda daha bir cərrahi müdaxilə gözləyir — zədələnmiş pəncənin amputasiyası. Bu əməliyyatı anemiya səbəbindən dərhal həyata keçirmək mümkün olmayıb.

