Reddit istifadəçisi Behelidt səkkiz il əvvəl ildırım vurmasından sağ çıxmasından danışıb. O bildirib ki, hadisə yağışlı havada sevgilisi ilə birlikdə dəmir yolu platformasına gedərkən baş verib. Həmin vaxt əlində çətir olub.
“Nəhəng və gözqamaşdırıcı parıltı gördüm, çətiri tutduğum əlimdə güclü ağrı hiss etdim. Özümə gəldikdən sonra sevgilimlə birlikdə qatara tərəf qaçdım. Nə baş verdiyini yalnız qatara minəndən və əlimə baxandan sonra anladıq — əlimdəki tüklər yanmışdı. Əlim o qədər ağrıyırdı ki, onu tərpədə bilmirdim”, — deyə o yazıb.
O, həmin hissi həyatındakı ən ağır qol məşqindən sonrakı ağrı ilə müqayisə edib. Onun sözlərinə görə, bu, əzələdə yaranan yanğı hissinə bənzəyib, sadəcə on qat daha güclü olub.
“Bilmirəm, bu şok idi, ya yox, amma nə baş verdiyini belə anlamadım. Sadəcə sevgilimin qaçdığını və mənə də qaçmağımı qışqırdığını gördüm. O, çətiri buraxmağımı dedi, amma mən imtina etdim”, — deyə istifadəçi əlavə edib.
Gənc həmin gecəni xəstəxanada keçirib və kardio-monitorinqə qoşulub. Səhər evə buraxılıb. Həkimlər isə ona bildiriblər ki, çox şanslı olub, çünki heç bir ağırlaşma aşkarlanmayıb.

