Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları qanunsuz onlayn kazino və qumar oyunlarına qarşı əməliyyat keçiriblər.
DİN-dən verilən məlumata görə, əməliyyat tədbirləri zamanı Səfər Səfərov, Fazil Məmmədov, Riad Heydərli və Nadir Soltanov saxlanılıblar.
İstintaqın məlumatına əsasən, şübhəli şəxslər xarici onlayn kazinoların Azərbaycan seqmentini idarə ediblər.
Axtarışlar zamanı onlardan 200-dən çox bank kartı, mobil nömrələr və digər elektron materiallar götürülüb.
Məhkəmənin qərarı ilə Səfər Səfərov və Fazil Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki şübhəli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

