Türkiyənin Şanlıurfa vilayətinin Eyyübiye rayonunda ticarət mərkəzinin avtomobil dayanacağında park edilmiş karavanda əcnəbi vətəndaş ölü tapılıb.
Hadisə Karakoyunlu məhəlləsində yerləşən ticarət mərkəzinin dayanacağında baş verib.
Park edilmiş karavanda olan İsveçrə vətəndaşı 47 yaşlı Alexander Johannes Moorun hərəkətsiz vəziyyətdə olduğunu görən yaxınları bu barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər.
İhbar əsasında hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Həkimlərin ilkin müayinəsi zamanı Moorun həyatını itirdiyi müəyyən edilib.
Prokuror və hadisə yerinə baxış qrupunun araşdırmasından sonra Alexander Johannes Moorun meyiti ölüm səbəbinin müəyyən edilməsi üçün Şanlıurfa Ədliyyə Tibb Qurumunun morquna aparılıb.



