Türkiyənin Şanlıurfa şəhərində tikinti sahəsi üçün beton tökülərkən uçqun baş verib.
DenMedia.az “Hber Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində beş işçi dağıntılar altında qalıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

