Tovuzdə yeniyetmə dərmandan zəhərlənərək ölüb.
DenMedia.az xəbər verir ki, hadisə dünən saat 11 radələrində Tovuzun Bozalqanlı kəndində baş verib.
17 yaşlı kənd sakini Zöhrab Murğuzov yaşadığı evdən dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Lakin dərmanın təsirindən orada da ölüb.
Faktla bağlı araşdırma aparılır.

