Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə çimərkən 22 yaşlı gənc itkin düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə sahilin mühafizə olunmayan hissəsində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda baş verib.
Axtarış əməliyyatına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin axtarışları davam etdirilir.

