Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yüksək hərarətlə daxil olan qadın vəfat edib.
DenMedia.az qafqazinfo-a istinadən xəbər verir ki, hadisə rayonun Xapıtlı kəndində qeydə alınıb.
Ölən şəxsin 1980-ci il təvəllüdlü Azadə Əliyeva olduğu bildirilib.
İlkin ehtimala görə, qadının ölümü yüksək hərarətlə bağlı ola bilər. Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra müəyyən ediləcək.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

