İyulun 12-də Quba rayonu ərazisində Samur-Abşeron kanalında boğulan 16 yaşlı Fərid Osmanovun meyiti tapılıb.
Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeniyetmənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən hadisə yerindən təxminən 15 kilometr uzaqda aşkarlanıb.
Meyit Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində tapılıb.
Nazirlikdən verilən məlumata görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

