Oğuzda ölümlə nəticələnən yol qəzası olub.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki,hadisə bu gün səhər saat 8 radələrində Padar kəndində qeydə alınıb.
"Mercedes" və "VAZ-21099" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü 39 yaşlı Əbdülrəhim Məmmədəliyev hadisə yerində ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

