Tovuzda baş verən yol-nəqliyyat hadisəsi ağır xəsarətlə nəticələnib.
Denmedia.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Gülxanım İsmayılovanı vurub.
Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, 64 yaşlı qadının vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.

