Nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti tapılıb.
Denmedia.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
"6 avqust 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verililib", - deyə məlumatda qeyd olunub.

