Adi tullantı kimi gördüyümüz köhnə avtomobil təkərləri onun əlində sənət əsərinə çevrilir.
Denmedia.az xəbər verir ki, söhbət Ucar sakini Ramiz Mirzəyevdən gedir.
O, istifadəyə yararsız təkərlərə ikinci həyat verərək müxtəlif dekorativ əşyalar hazırlayır. Gül qablarından tutmuş stol və masalara qədər bir-birindən maraqlı əl işləri ərsəyə gətirən Ramiz Mirzəyev həm yaradıcılıq qabiliyyətini nümayiş etdirir, həm də tullantıların təkrar istifadəsinə töhfə verir.
Ramiz Mirzəyev hazırladığı əl işləri diqqət çəkir. Köhnə avtomobil təkərlərini toplayaraq onları müxtəlif formalarda kəsir, rəngləyir və yeni görkəmə salır. Nəticədə ortaya gül qabları, stol, masa və digər dekorativ əşyalar çıxır.
Onun sözlərinə görə, bu işə marağı zamanla yaranıb. İlk baxışdan yararsız görünən təkərlərin belə faydalı və gözoxşayan əşyalara çevrilə biləcəyini öz əl işləri ilə sübut edir.
Beləliklə, Ramiz Mirzəyev tullantıları sənətə çevirərək həm ətraf mühitin qorunmasına, həm də yaradıcılığın təşviqinə öz töhfəsini verir.

